Slimfit
  1. İQTİSADİYYAT

Macarıstanda “Made in Azerbaijan” tədbiri keçiriləcək

Macarıstanda “Made in Azerbaijan” tədbiri keçiriləcək
Sakura

Macarıstanda “Made in Azerbaijan” tədbiri keçiriləcək

Bu ilin oktyabrında Macarıstanın paytaxtı Budapeşt şəhərində ölkəmizin səfirliyi tərəfindən “Made in Azerbaijan” 2 günlük işgüzar-mədəni tədbirin təşkili planlaşdırılır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) "Report"a verilən məlumata görə, tədbir zamanı Azərbaycan istehsalı olan malların Avropa, o cümlədən Macarıstan bazarına çıxarılmasına dəstək məqsədilə Azərbaycan istehsalçılarının macar şirkətlərinin, topdan və pərakəndə satış şəbəkələrinin təmsilçiləri ilə işgüzar görüşlərinin təşkil olunması, məhsulların sərgilənməsi, habelə Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulur.

Ölkədə fəaliyyət göstərən sahibkarlar adıçəkilən tədbirdə iştiraka dəvət olunurlar. Maraqlı olanlar nnovruzova@azpromo.az e-mail ünvanına yaza bilərlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR