Slimfit
  1. İQTİSADİYYAT

Maaşlar artırılacaq?

Maaşlar artırılacaq?
Sakura

Maaşlar artırılacaq?

Pərviz Heydərov yazır...

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bütün növ əmək pensiyalarının sığorta hissəsinin ötən il qeydə alınan orta aylıq nominal əməkhaqqının illik artım faizi göstəricisinə uyğun olaraq qaldırılması həyata keçirildi və ödənişlər 11,2% yüksəldi. 

İndi də işləyən vətəndaşları əməkhaqlarının artırılıb, artırılmayacağı düşündürür. Ötən yazılarımda qeyd etmişdim ki, 2024-cü il üçün növbəti sosial paket icra etmək nəzərdə tutulmayıb. 2019-cu ildən bəri isə dörd sosial paket həyata keçirilib.

Ümumiyyətlə, əmək pensiyalarının sığorta hissəsinin, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalara əsasən formalaşan pensiya kapitalı məbləğlərinin əvvəlki ildə qeydə alınan istehlak qiymətləri indeksi göstəricisinə uyğun olaraq hesablanması qanunvericilikdən irəli gələn tələb olduğundan heç bir sosial paket məsələsi sayılmır.

Yəni bu, hər ilin əvvəlində həyata keçirilib və keçiriləcək.

Sosial paketə daxil məsələlərdən biri əmək pensiyalarının minimum məbləği sayılır ki, hazırda bu məbləğ 280 manat təşkil edir. Ötən ilin əvvəlində ölkə başçısı İlham Əliyev 4-cü sosial paketə dair sərəncamı imzalamaqla minimum əməkhaqqı ilə yanaşı, minimum pensiya məbləği, həmçinin bütün növ sosial müavinətləri və təqaüdləri artırdı. Və bu zaman, minimum pensiya üzrə məbləğ 240 manatdan 280 manata çatdırıldı.

Odur ki, cari ilin ən azı birinci yarısı ərzində hər hansı yeni artımlar da olacağı gözlənilmir. Ümumiyyətlə, bu məsələdə ehtiyatlı hərəkət etmək tələb olunur ki, istənilən düşünülməmiş addım qatarı relsdən çıxara bilər. Belə ki, ölkə əhalisinin sosial müdafiəsinin təşkili təkcə pensiyaları, sosial müavinət və təqaüdləri, həmçinin maaşları artırmaqdan ibarət deyil. Bu, istehlak qiymətlərini yüksəldə - inflyasiyaya artırıcı təsir göstərə bilər.

Yeri gəlmişkən, ötən il ərzində orta aylıq nominal əməkhaqqı üzrə artım səviyyəsi istehlak qiymətləri indeksi göstəricisindən yüksək olub. Birincidə 11,2% qeydə alınıbsa, ikincidə 8,8% təşkil edib. Göstərilən rəqəmlər əksinə təşkil etmiş olsa idi, əmək pensiyaları üzrə bu il üçün tətbiq edilən indeksasiya həddi əhəmiyyətsiz xarakter daşıyacaqdı. Yəni, girişdə qeyd etdiyim artım pensiyaçıları 2023-cü ildəki inflyasiya və bahalaşmadan sığortalamayacaqdı.

Məlumdur ki, Mərkəzi Bank (AMB) bu günlərdə ölkədə faktiki və proqnozlaşdırılan inflyasiya həddinin münasib, bu sahədə gözləntilərin sabit olduğunu nəzərə alaraq, eləcə də valyuta bazarında vəziyyətə əsaslanaraq uçot dərəcəsini növbəti dəfə 0,25% endirdi. Və bu, ölkədə bahalaşmanın öz əvvəlki tempini itirməsi ilə izah olundu.

Lakin... AMB-nin açıqlamasında da yazılıb ki, bahalaşma və inflyasiyanı artıra biləcək risklər qalır. Vurğulanıb ki, illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davamı ölkəmizə inflyasiya idxalını məhdudlaşdırır. Bununla belə, daxildə məcmu tələbin izafi artıma və xərc amillərinin aktivləşməyə meyilli olması cüzi bir səbəb və “bəhanə” axtarır ki, hər şeyi yenidən alovlandırsın.

Ona görə də nəzərə almalıyıq ki, hazırda inflyasiya ilə bağlı vəziyyət kövrək xarakter daşıyır və AMB-nin açıqlamasında da yazıldığı kimi, yuxarıya və aşağıya doğru təkan verə biləcək risklər əslində bərabər gücə malik sayılır. Bu fonda isə əhaliyə ödənişlərin artırılması deyil, inflyasiya ovuna çevrilməməsi qayğısına qalmaq daha düzgün yol hesab edilir.

Bu baxımından aşağıdakıları qeyd etməyi vacib sayıram:

1. Ötən ilin yanvarın 1-dən tətbiq edilən artımlar da 2022-ci ildəki bahalaşma və inflyasiyadan yüksək idi və 2021-ci ildən başlanan sözügedən prosesin səngiməyə doğru meyil götürməsi səbəbindən həmin artımlar tam olaraq “yemə” çevrilmədi.

2. Yazdım ki, ötən il ərzində orta aylıq nominal əməkhaqqı üzrə artım istehlak qiymətləri indeksi göstəricisindən yüksək səviyyədə olub. İnflyasiya və bahalaşmanın 2022-ci ildən başlanan nisbətən səngimə prosesinin bu il də davam edəcəyi gözlənilir ki, AMB 2024-cü il üzrə inflyasiya proqnozu dəyişməz saxlayır. 

3. Söhbət maaşların minimum əməkhaqqı hesabına artırılması gözləntisindən gedərsə, bu sahədə dəyişikliyin olmayacağı təqdirdə bu, heç bir sahədə maaş və əməkhaqqı artımlarının baş verməyəcəyi demək deyil.

4. Ümumiyyətlə, hər şey ilin gedişatından asılı olacaq. İl ərzində heç nə istisna deyil, o cümlədən minimum əməkhaqqının artırılacağı da...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR