Slimfit
  1. CƏMİYYƏT

Maaş və pensiyalar bu qədər artıb – Əsədov

Maaş və pensiyalar bu qədər artıb – Əsədov
Sakura

Maaş və pensiyalar bu qədər artıb – Əsədov

2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36%-i və ya 13,1 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib, artım 12,7% olub.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, 2023-cü ildə minimum əmək haqları 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb:

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 700 min nəfər işçinin əmək haqqı orta hesabla 15% artırılıb. Həmçinin, minimum pensiya məbləği 16,7%, orta pensiya məbləği 17,3%, yaşa görə pensiya məbləği isə 16,5% artıb. 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və müvafiq olaraq 2022-ci illə müqayisədə 17% və 23% artırılaraq 246 manat müəyyən edilib. 2023-cü ildə təkcə əmək haqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 mln. manat vəsait ayrılıb və 1,9 milyon vətəndaşı əhatə edib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR