Maaş, pensiya və müavinətlər artırılacaq
Azərbaycanın iqtisadi inkişaf templəri yüksəlir.
Faktor.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Partiyanın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.
Ə.Əhmədov bildirib ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların nəticəsidir.
O vurğulayıb ki, qeyri-neft sektoru daha yüksək templə inkişaf edir, Azərbaycandan məhsulların, xüsusilə sənaye məhsullarımın ixracı artır:
“Əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımlar atılıb. Minimum əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb. İnsanların həyat səviyyəsinin yaxşılaşması istiqamətində ciddi tədbirlər görülür. Bütövlükdə artırılan əməkhaqqı, pensiya və müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib. Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb".
Ə.Əhmədovun sözlərinə görə, bu, son artımlar deyil, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət