Slimfit
  1. MEDİA

“Maaş artımları ölkə əhalisinin əhəmiyyətli hissəsini əhatə edir”

“Maaş artımları ölkə əhalisinin əhəmiyyətli hissəsini əhatə edir”
Sakura

“Maaş artımları ölkə əhalisinin əhəmiyyətli hissəsini əhatə edir”

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində xalq dayanır. Ölkədə ildən-ilə islahatlar aparılır, dövlət başçısının imzaladığı fərmanlar, sərəncamlar, qanunlar insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı qeyd edib ki, Azərbaycan vətəndaşının sosial rifahı ildən-ilə yaxşılaşır: “Bilirsiniz ki, 2019-cu il sosial müdafiə ili elan olunub, bu istiqamətdə addımlar atılır. Prezident İlham Əliyevin dövlət qurumlarında çalışanların maaşlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar sentyabrın 1-də qüvvəyə minib. Bu addım ölkə əhalisinin əhəmiyyətli hissəsini əhatə edir. Ölkədə dövlət başçısının həyata keçirdiyi siyasətə əminlik, inam var. Xalq əmindir ki, dövlət gücləndikcə sosial rifahın yaxşılaşdırılması istiqamətində addımlar atılacaq. Vətəndaşın sosial sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu il müəllimlərin, hərbi qulluqçuların maaşları, tələbələrin təqaüdləri artırılıb. Oktyabrın 1-dən də əmək pensiyasının minimum məbləği 200 manata çatdırılacaq. Bütün bunlar vətəndaşa qayğının bariz nümunəsidir".

 

 Məlahət İbrahimqızı

Deputat Məlahət İbrahimqızı

"Xalq əmindir ki, dövlət gücləndikcə sosial rifahın yaxşılaşdırılması istiqamətində addımlar atılacaq".

 

“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə “Report”a açıqlamasında bildirib ki, xalq Azərbaycan hökumətinin həyata keçirdiyi siyasəti dəstəkləyir.

V.Rəhimzadə deyib ki, Prezident İlham Əliyevin maaş artımı ilə bağlı imzaladığı sərəncam yüz minlərlə insanı əhatə edir: “Əhali Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti yüksək dəyərləndirir. Bu sərəncamlar inqilabi addımlar adlandırılır. Təbii ki, bunun əsası var. Düşünürəm ki, bu hələ son deyil, bu cür sərəncamlar yenə imzalanacaq. Kifayət qədər uğurlu fərman və sərəncamlar imzalanıb. Dünyanın əksər ölkələrində belə hallar baş vermir, olsa belə, dar çərçivədə olur. Azərbaycanda 2019-cu il inqilabi addımların atıldığı il kimi yadda qalacaq. Azərbaycan hökumətinin həyata keçirdiyi işlər vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Görülən bütün işlər vətəndaş amilinə söykənir. Bu addımlar Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nümunəsidir”.

 

Vüqar Rəhimzadə

YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə

"Əhali Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti yüksək dəyərləndirir".

 

Baş redaktor vurğulayıb ki, həyata keçirilən siyasətə kölgə salmaq qısqanc insanların işidir: "Müsbət addımları dəstəkləmək lazımdır. O insanlar nə etsən, nə qədər böyük işlər görsən də, qara eynəklə baxacaqlar, çirkin niyyətlərini reallaşdırmağa çalışacaqlar. Bütün uğurlu işlərə sevinmək və dəstəkləmək lazımdır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra dövlət qurumlarının əməkdaşlarının maaşlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar sentyabrın 1-dən qüvvəyə minib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR