Slimfit
  1. AZƏRBAYCAN

Maaş artımı bahalaşmaya səbəb ola bilər? – Deputat

Maaş artımı bahalaşmaya səbəb ola bilər? – Deputat
Sakura

Maaş artımı bahalaşmaya səbəb ola bilər? – Deputat

Azərbaycan tarixində nə müstəqillik illərində, nə də müstəqillikdən öncə heç vaxt bir ilin içində əmək haqlarının artırılması ilə bağlı belə ciddi addımlar atılmamışdı. Bunu hətta ekspertlər də inqilabi dəyişiklik adlandırır və mən də bu fikirləri bölüşürəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə dünən Prezident İlham Əliyevin əksər sahələrdə əmək haqlarının qaldırılması və minimum əmək haqqının 250 manata qədər yüksəldilməsi ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, minimum əməkhaqqının 180 manatdan 250 manata qədər artırılması bir milyona qədər insanın gəlirinə təsir edəcək:

“600 minə qədər insan dövlət sektorunda işləyir ki, onların minimum əmək haqqı artacaq. Təxminən 350 minə qədər insansa özəl sektorda çalışır ki, onların da maaşı artacaq. Bu artımlar ölkə rəhbərinin apardığı siyasətin, gördüyü işlərin nəticəsidir. Düşünülmüş iqtisadi-siyasi məsələdir

İlin əvvəlində minimum əmək haqqı 130 manat idi. Təkliflər var idi ki, bunu 140-160 manat etsinlər. Ancaq cənab Prezident bunu şəxsi iradəsi ilə 180 manata qədər qaldırdı. Sentyabrın 1-dən etibarən isə bu rəqəm 250 manat olacaq”.

A.Mirzəzadə bildirib ki, Prezidentin imzaladığı bu sərəncamlara əsasən ilin əvvəlindən Azərbaycanda minimum əmək haqqı iki dəfə artırılmış oldu:

 

“Bu, faktiki olaraq milyonlarala vətəndaşlarımızın gəlirlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Cənab Prezident dəfələrlə öz çıxışlarında əmək haqlarının artacağını elan etmişdi və onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəsini konkret olaraq göstərir. Mən ən çox ona sevindim ki, hərbçilərin, güc strukturlarının əməkdaşlarının da əmək haqları artdı. Onların işi çox ağırdır. Onlar buna layiqdir və bilirəm ki, bu, son artım deyil.

Hamı da onu düşünür ki, dövlət sahəsində maaş artımı oldusa, niyə özəl sektora təsir etmir. Özəl sektora dövlət müdaxilə edə bilmir. Ancaq dövlət sektorundə maaşların artımı özəl sektora da təsir edəcək. Vətəndaş həmin əmək haqqı ilə təkcə dövlət sektoru xidmətlərinə müraciət etmir ki?! Özəl sektora da müraciət edəcək və hər iki sahədə canlanma başlayacaq. Əsas odur ki, iqtisadiyyat yüksəlib, manat stabilləşib. Prezidentin dünənki sərəncamları tarixi bir hadisədir”.

Millət vəkili bildirib ki, əmək haqlarının artımı qiymət artımına heç bir halda təsir etməyəcək:

“Hamını o narahat edir ki, maaşların artımı həm də qiymət artımına səbəb olacaq. Ancaq bu, qətiyyən belə deyil. Maaş artımı bundan əvvəl də baş verdi, ilin əvvəlində Prezident sərəncamı ilə maaş artımının ilk dalğası oldu. Əgər qiymət artımı baş versəydi, elə o zaman baş verərdi. Hazırda da heç bir narahatlığa əsas yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR