Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Maarifçi” Tələbə Kredit Fondu yeni elan sessiyasına start verir

“Maarifçi” Tələbə Kredit Fondu yeni elan sessiyasına start verir
Sakura

“Maarifçi” Tələbə Kredit Fondu yeni elan sessiyasına start verir

Sentyabrın 17-dən “Maarifçi” Tələbə Kredit Fondunun növbəti elan sessiyasına start verilir. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sessiyada təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulur.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında  qeyd olunub. Müraciətlər oktyabrın 19-dək davam edəcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu 14 ali təhsil müəssisəsini əhatə edir.

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 5 elan sessiyası keçirib. Bu müddət ərzində fonda daxil olan elektron müraciətlər əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə, ümumilikdə, 201 təhsil krediti müqaviləsi imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR