Dərc edildi: Baxış sayı: 567
Maarif Soltan - Sən qiymətli gövhər ikən, qəvvas kimi baş vurub
Sən qiymətli gövhər ikən, qəvvas kimi baş vurub,
Tapdın təbin dəryasından daha qiymətli gövhər.
Xaqaninin başı bağlı qoyduğu xəzinənin
Tilsimini açmaq bircə sənə oldu müyəssər.
Heyrətdəyəm ki, ilhamın zərlerini atarkən,
Necə oldu, öz beşinlə beş atdın, ey füsünkər?!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət