Dərc edildi: Baxış sayı: 558
Maarif Soltan - Gecə göç əzmi ilə ayrılanda Şirvandan
Gecə göç əzmi ilə ayrılanda Şirvandan,
Təəssüf eylədi qəlbim, ciyər alovlandı,
Yanıb fəraq oduna, mən Arazla uzlaşdim,
Araz görüb halımı od tutub, o da yandı.
Ahım kimi iti axdı, qəmim kimi coşdu,
Xüruşə gəldi könültək, kədərlə çalxandı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət