Dərc edildi: Baxış sayı: 1094
Maarif Soltan - Ey Xaqani, sən şahların xidmətindən uzaqlaş
Ey Xaqani, sən şahların xidmətindən uzaqlaş,
Ki, yaxanı qurtarasan siyasət damğasından.
Şərab dolu qədəh kimi gəzmə şahlar əlində sən,
Bağrın olar qan dənizi, kirli sutək tullanarsan.
Yaxınlaşıb, uzaqlaşsan, Günəş bilib onları, bil,
Ay kimi, gah bədr olsan da, tez incəlib yox olarsan.
Bənatüniəş ulduzu tək bir gecənin müddətində,
Hey yüksəlib alçalarsan, qəbul ve rədd olan zaman.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət