Dərc edildi: Baxış sayı: 603
Maarif Soltan - Bu bəndən Xaqani üzr istər səndə
Bu bəndən Xaqani üzr istər səndən,
Üzrünü qəbul et sən də, ey xuda!
Ona verdiyini vurma üzünə,
Etdiyi günahı, gəl, salma yada.
Kərəm sahibinin barigahında,
Unudulmalıdır əta və xəta.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət