Dərc edildi: Baxış sayı: 665
Maarif Soltan - Arxında su yoxsa, qorxma, Xaqani
Arxında su yoxsa, qorxma, Xaqani,
Güman ki. yenə də selin gələcək.
Çox da indi halın ağlar keçirsə,
Nəhayət, ürəyin bir gün güləcək.
Fələk şəfəqlərdən rəng ala-ala,
Qəddinə xələtlər biçib tikəcək.
Nura qərq edəndə Günəş aləmi,
Əzablı, qaranlıq gecən bitəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət