Slimfit
  1. İDMAN

Lyuka düşərək zədələnən bolid təmir edildi

Lyuka düşərək zədələnən bolid təmir edildi
Sakura

Lyuka düşərək zədələnən bolid təmir edildi

 

“Formula-1” Azərbaycan Qran-Prisi zamanı qəzaya düşərək, sıradan çıxmış “Williams” komandasının bolidi tam təmir olunub. 

Autosport.com portalının məlumatına görə, bununla bağlı komandanın rəhbərinin müavini Kler Uilyams açıqlama verib. 

O bildirib ki, bolid bu həftəsonu İspaniyada keçiriləcək Qran-Pridə iştirak edə biləcək: 

“Bakıda baş verən qəza zamanı bolidin iki şassisi sıradan çıxmışdı. Onlar təmir edilib və daha bir ehtiyat şassi gətirilib. Uşaqlar inanılmaz iş görüblər. Rasselin bolidinin təmirinə görə Bakı turnirinin təşkilatçıları kompensasiya verməyə razıdırlar. Bakıda yarışların promouterləri ilə görüşdüm. Onlar da anlayır ki, bu, mümkün qədər tez olmalıdır. Onlar çox nəzakətli idi və bundan çox məmnunam”.

Xatırladaq ki, birinci sərbəst yürüşü zamanı “Williams” komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya lyukuna ilişib. Hadisə nəticəsində bolid zədələnib və C.Rassel ikinci sərbəst yürüşü buraxmalı olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR