Dərc edildi: Baxış sayı: 472
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi artıq hazırdır. Abidənin hazırlanmasında…
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi artıq hazırdır. Abidənin hazırlanmasında tunc, bürünc və qranitdən istifadə edilib.
Xalq rəssamı, akademik Ömər Eldarov AzVision.az-a açıqlamasında bildirib ki, abidənin hazırlanması üçün 4 aya yaxın vaxt sərf edib. Onun sözlərinə görə, Lütfi Zadənin qəbirüstü abidəsi 100 min manata başa gəlib.
"Abidənin qoyulması barədə mənə gec məlumat verilmişdi. 4 aya yaxın vaxt sərf elədim. Abidənin mənası odur ki, Lütfi Zadə dünya elminin qapısını açıb. Qapı üzərində elmi əks etdirən rəmzlər işlənilib. Bu, elmə böyük açılışdır. Mənim ideyamdır. Əvvəlcə ideyanı bildirəndə dedilər ki, insanlara aydın olmayacaq. Ancaq ən yaxşı variantın bu olduğunu bildirdim. Standart, ayaqüstə dayanmış heykəldən ibarət abidə nəyə lazımdır ki?! Bizə lazımdır ki, camaat, onun büstünü ziyarət edənlər də bilsinlər ki, bu insan elmə böyük açılış edib. Abidənin hazırlanması ümumilikdə 100 min manata başa gəlib”.

Qeyd edək ki, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadə 2017-ci ilin sentyabr ayında vəfat edib. O, Azərbaycanda dəfn olunmasını vəsiyyət edib. Mərhumun cənazəsi Amerikadan Azərbaycana gətirilərək Fəxri Xiyabanda dəfn olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət