Dünya şöhrətli alim Lütfi Zadəyə həsr olunmuş təyyarə layihəsi hazırlanıb.
Azərbaycanlı gənclərin hazırladığı bu layihə dünyada bir ilkdir. Ümumlikdə 48 nəfərin daşınması üçün nəzərdə tutulan bu təyyarənin hazırlanması üçün isə120 milyon dollar investisiya lazımdır. Hətta bu layihəyə bir neçə ölkədən maraq da var.
Azərbaycanlı gənclər, dünya şöhrətli alim Lütfi Zadənin adını daşıyan dünyanın ən ekonom və ən təhlükəsiz təyyarə layihəsini hazırlayıb..
İxtira layihəsini Tural İsmayılzadə və onun komandası ərsəyə gətirib. "Lütfi Zadə" səsdən sürətli təyyarə layihəsidir. Ümumi uzunluğu 48 metr, qanadlarla birgə eni 52 metr, hündürlüyü isə 5,6 metrdi. Hava nəqliyyat vasitəsində ümumlikdə 76 ton yük daşıma qabiliyyətinə malikdir.. Təyyarə 41 sərnişin və 7 personal üzvü olmaqla ümümilikdə 48 nəfər üçün nəzərdə tutulub. Tural İsmayilzadə bu yolla dünya şöhtərli alimin adini yaşada biləcəyinə inanirır.
Təyyarədə qanad hissədə 16 ədəd xüsusi pərlər bloku var ki, onların köməyi ilə təyyarə müəyyən hündürlüyə qalxa biləcək. Bundan sonra, əsas mühərrik işə düşəcək ki,bununda nəticəsində təyyərənin kiçik futbol meydançasına enməsini belə mümkün olacaq. Bununla yanaşı, təyyarədə quraşdırlan digər bir qurğu vasitəsilə hər hansısa bir nasazlıq yarandıqda nəqliyyat vasitəsi özü özünü tənzimləyə biləcək. Layihənin həyata keçirilməsi üçün 120 milyon dollar investisiya yatırımı tələb olunur. Tural İsmayılzadə deyir ki,bu layihəyə bir neçə ölkədən təklifdə gəlib.
Layihənin hazırlanmasına 1 ildən çox vaxt sərf olunub.
Mənbə: Xezerxeber.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət