Slimfit
  1. İQTİSADİYYAT

“Lukoil”: Neft hasilatının ixtisarına dair saziş müddətsiz uzadıla bilər

“Lukoil”: Neft hasilatının ixtisarına dair saziş müddətsiz uzadıla bilər
Sakura

“Lukoil”: Neft hasilatının ixtisarına dair saziş müddətsiz uzadıla bilər

Yeni iqlim reallıqlarında neft hasilatının ixtisarına dair “OPEC+” razılaşması müddətsiz uzadıla bilər.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu fikirləri “Lukoyl” şirkətinin vitse-prezidenti Leonid Fedun “RBK” agentliyinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, “OPEC+” razılaşması uzun tarixi perspektiv üçün nəzərdə tutulub, lakin yeni iqlim reallıqları şəraitində saziş “bəlkə də əbədi olaraq qalacaq”.

L.Fedunun sözlərinə görə, koronavirus pandemiyasının yaratdığı böhran şəraitində bazarda düzəlişlər edilməsə, bu, “bütün iştirakçılar üçün son dərəcə ağrılı və kədərli” ola bilər.

Xatırladaq ki, yenilənmiş “OPEC+” razılaşması 2020-ci il 1 may tarixindən etibarən qüvvədədir. Pandemiya nəticəsində neft tələbatının azalmasından sonra “OPEC+” ötən ilin mayında hasilatı rekord həcmdə – sutkada 9,7 milyon barel azaldıb.

Bu ilin aprelində isə “OPEC+” ölkələri hasilatı sutkada 6,9 milyon barel ixtisar edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR