Slimfit
  1. AZƏRBAYCAN

Lukaşenkodan Əliyevə: Sizi gözləyirdik...

Lukaşenkodan Əliyevə: Sizi gözləyirdik...
Sakura

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin perspektivinin qurulması…

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin perspektivinin qurulması üçün yeni addımdır.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Belarus sizi gözləyirdi. Rəsmi səfər barəsində çoxlu sayda informasiyalar var idi. Bundan başqa bildiyiniz kimi bunun səbəbləri fərqli idi. Bəzən saxtaları da olurdu. Bu da həmçinin nəticədir. Hətta həqiqəti əks etdirməyən hansısa neqativ informasiya belə bəzən müsbətdir. Sizin səfərinizə həqiqi maraq var idi. Biz çoxdan bunu gözləyirdik. Azərbaycan haqqında çox danışdıq” – deyə o bildirib.

Lukaşenko Belarusun Azərbaycanı fərqli səviyyələrdə yaxşı münasibətləri olan çox səmimi, qardaş ölkə kimi qəbul etdiyini qeyd edib.

Aleksandr Lukaşenko ticari-iqtisadi münasibətlərin dinamik inkişafını da qeyd edib. Belə ki, 2018-ci ilin keçən dövrü ərzində qarşılıqlı ticarət dövriyyəsi keçən ilin analoji dövrü ilə müqayisədə 3,5 dəfə çox olub:

“Növbəti dəfə təsdiq edib, əmin edirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzular olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Biz sizinlə çox yaxın insanlarıq. Bizim köklərimiz sovet dövrünə gedir. Yəqin ki, 10-15 nəsil əvvəl də bizim həmvətənlərimiz xoş münasibətlərə sahib olublar.

Mən sizin bizə gəldiyinizə şadam. Danışacağımız şeylər var. Bizim bütün sferalarda - həm ticari-iqtisadi, həm siyasi, həm də hərbi sahələrdə münasibətlərimiz yaxşıdır. Bununla belə nəyəsə can atmağa, münasibətlərimizdə nə isə əlavə etməyə ehtiyac var”.

İlham Əliyev rəsmi danışıqların başlanmasına qədər Aleksandr Lukaşenko ilə birgə maraqla Müstəqillik Sarayındakı ölkənin ən görməli yerlərinin əks olunduğu foto işlərdən ibarət sərgiyə baxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR