Dərc edildi: Baxış sayı: 251
Lukaşenko: "Vaqner" döyüşçüləri Belarusda yerləşdirilən Rusiya nüvə silahlarını qorumayacaq"
"Vaqner" Özəl Hərbi Şirkətinin döyüşçüləri Belarusda yerləşdirilən Rusiya nüvə silahlarını qorumayacaq.
“Report” BELTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Polşalılar və başqaları hesab edirlər ki, "Vaqner" nüvə silahını qoruyacaq. "Vaqner" heç bir nüvə silahını qorumayacaq", - A.Lukaşenko deyib.
Lukaşenkoya görə, ilk növbədə, o, Rusiyanın nüvə silahlarının təhlükəsizliyinə görə şəxsi məsuliyyət daşıyır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət