Slimfit
  1. DÜNYA

Lukaşenko müsahibə verdi: “Əgər getsəm, tərəfdarlarımı doğrayacaqlar”

Lukaşenko müsahibə verdi: “Əgər getsəm, tərəfdarlarımı doğrayacaqlar”
Sakura

Lukaşenko müsahibə verdi: “Əgər getsəm, tərəfdarlarımı doğrayacaqlar”

Belarus prezidenti Aleksandr Lukaşenko bir qrup rusiyalı jurnalistə geniş müsahibə verib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, Lukaşenko hakimiyyətdə çox qaldığını etiraf etsə də, postunu tərk etməyəcəyini təkrarlayıb.

“Bəli, ola bilsin ki, mən hakimiyyətdə çox qalmışam. Amma təkcə mən Belarusu qoruya biləcəm. Mən 25 il bu ölkəni qurmuşam. Hər şeyi atıb gedə bilmərəm. Digər tərəfdən, əgər getsəm, tərəfdarlarımı doğrayacaqlar”.

Tez-tez avtomatla ictimaiyyət önünə çıxmasını da Lukaşenko belə əsaslandırıb.

“Mən demək istəyirdim ki, heç yerə gedən deyiləm. Təəssüflənirəm, bəzi insanlar 20 il əvvəl Belarusun necə ölkə olmasını xatırlamır, qalanları isə ola bilsin unudublar”.

Lukaşenko növbədənkənar seçkilərin yalnız Konstitusiya dəyişikliyindən sonra baş tutacağını açıqlayıb. Amma müxalifətin yaratdığı Koordinasiya Şurası ilə danışıqlar aparamayacağını da əlavə edib.

“Onların təklif etdikləri şeylər Belarus və xalq üçün faciədir. Onlar qardaş Rusiya ilə münasibətlərimizi pozmağı, pullu təhsil və tibbi xidməti təklif edirlər. Bütün sənaye obyektlərimizi məhv etməyi, işçilərimizin işini itirməsini istəyirlər”.

Aleksandr Luklaşenko Rusiya ilə inteqrasiya proseslərinin sıxlaşacağını da vurğulayıb.

 

     

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR