Slimfit
  1. DÜNYA

Lukaşenko Moskvanın qarşısında “sürünməməyə” səslədi

Lukaşenko Moskvanın qarşısında “sürünməməyə” səslədi
Sakura

Lukaşenko Moskvanın qarşısında “sürünməməyə” səslədi

Belorus prezidenti Aleksandr Lukaşenko “Dostluq” neft borusunun çirklənməsi əlaqədar Rusiyanın beynəlxalq partnyorlarının 800 mln dollar tələb etdiyi halda, Minskin cəmi 20 mln dollar məbləğində təzminat ala biləcəyindən narazılıq bildirib.

Bu barədə Oxu.Az BELTA-ya istinadla xəbər verir.

“Amma ən çox biz zərər çəkmişik. Bizə isə deyirlər ki, beloruslar heç nə itirməyiblər. Bu, necə olur? Ona görə də izləmək və araşdırmaq lazımdır ki, nə üçün başqalarına 800 milyon dollar verildiyi halda, ən çox bizim zərər çəkməyimizə baxmayaraq, bizə cəmi 20 milyon ödənilir”, - deyə Belorus prezidenti “Naftan” neftemalı zavoduna ziyarəti zamanı bildirib.

Lukaşenko qeyd edib ki, bu cür məsələləri Rusiyanın qarşısında “sürünməməklə”, “ciddi” danışıqlar yolu ilə həll etmək lazımdır: “Qışqırmaq, hədə-qorxu gəlmək lazım deyil, lakin öz maraqlarını güdmək lazımdır. Amma diz üstündə sürünmək də olmaz. Oturub, ciddi danışıqlar yolu həll etmək lazımdır”.

Rusiya tarixində ən böyük neft kollapsı aprelin sonunda baş verib. Rusiyanın partnyorları “Drujba” neft borusunda neftin keyfiyyətinin kəskin pisləşməsini bildiriblər. Məsələ yalnız bir ay ərzində həllini tapa bildi, belə ki, mayın 29-a kimi borudan təmiz neftin çatdırılmasına başlanıldı.

Hadisədən Rusiyaya dəyən zərər milyon dollarlarla dəyərləndirilir. Xarici şirkətlər və ölkələr Rusiyadan təzminat və neft çatdırılmasının  qiymətlərində endirim gözləyirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR