Slimfit
  1. DÜNYA

Lukaşenko koronavirusun müalicəsini “tapıb”

Lukaşenko koronavirusun müalicəsini “tapıb”
Sakura

Lukaşenko koronavirusun müalicəsini “tapıb”

Belarus Avropada pandemiyaya görə karantin rejimi tətbiq etməyən iki dövlətdən biri oldu.

Prezident Aleksandr Lukaşenko hələ də buna görə peşman olmadığını bildirir. Rəqəmlər də nikbin olmağa əsas verir. Son günlər Belarusda sutka ərzində virusa yoluxanların sayı 200-dən aşağı olur.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,Lukaşenko koronavirusun müalicəsini “tapıb”. O, infeksiyadan balın köməyilə yaxa qurtarmağı tövsiyə edib.

Lukaşenko Mogilyov vilayətində abidə açılışı zamanı müalicə üsulundan danışıb. Dövlət başçısı bal, pendir satan yerli sakinlərlə söhbətində bu məhsulların virusu aradan qaldırmaqda rolundan söz açıb.

Lukaşenko arıçılara bir qaşıq balın necə böyük müalicəvi gücü olduğunu bildirib. O, söhbət etdiyi adamları inandırmağa çalışıb ki, şəxsən özü arı pətəyinə qulluq edir.

Belarus prezidenti əvvəlki çıxışlarında da müalicə üsullarından danışmışdı. Lukaşenko bir dəfə traktor sürməyin və hamamın faydasını dilə gətirmişdi. O, arağın da virusun axırına çıxa biləcəyini söyləmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR