Lotereyada qazandığı pulları 11 ilə xərclədi
Rusiyanın Lipetsk vilayətinin kəndlərindən birində yaşayan Yevgeni Aleksandroviç 2008-ci ildə lotereya sayəsində milyonçu olmuşdu. O, “Stoloto”da 35 milyon 146 min rubl udmuşdu.
Bizimyol.info xəbər verir ki, kənd sakini milyonları 11 ilə xərcləyib. Amma bədxərclik etməyib, kənddə böyük hörmət qazanıb.
Yevgeni hələ 1988-ci ildə uğur qazanıbmış. O, lotereyada “Jiquli” udur. Sonra xüsusi taktika ilə bu işdən daha böyük məbləğlər əldə etmək qərarına gəlir. Aleksandroviç güvəndiyi rəqəmləri seçir, həmişə bunlarla yoluna davam edir. Ayda cəmi 8 bilet alır. Günlərin bir günündə milyonçuya çevrildiyi məlum olur.
Amma kəndli cızığından çıxmır. Düzdür, özünə yeni avtomobil və ev alır. Amma kəndin də dərdinə yanır. Yeni yol çəkdirir, iş yeri açır.
Həmin pullardan, demək olar, heç nə qalmayıb. Amma Yevgeni heç nəyə görə peşman deyil. Pulları havaya sovurmayıb. Kənddə də haqqında yalnız yaxşı söz eşitmək mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət