Dərc edildi: Baxış sayı: 596
Los-Ancelesdə son 50 ildə ilk dəfə qar gözlənilir
Los-Ancelesdə yarım əsrdən çox müddət ərzində ilk dəfə güclü qar gözlənilir.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, Kanadanın Alberta əyalətində formalaşan soyuq hava axını şəhərə yaxınlaşır.
Sonuncu dəfə Los-Ancelesə güclü qar 1962-ci ilin yanvarında yağıb. O vaxt şəhərin mərkəzinə və qərb rayonlarına yağan qar tez də əriyib.
Bu qış Kaliforniyada daha bir temperatur rekordu yenilənib. Santa-Barbarada termometrin civə sütunu Selsi ilə 0,5 dərəcəyə düşüb. Los-Ancelesdə ən soyuq il indiyədək 1990-cı il sayılırdı. Həmin ilin qış mövsümünün bəzi günlərində Santa-Barbara aeroportunda temperatur 1,1 dərəcəyə enib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət