Dərc edildi: Baxış sayı: 427
Los-Ancelesdə Obama Bulvarı yaradılacaq
Los-Ancelesin Şəhər Şurası (Kaliforniya ştatı) küçələrdən birinin ABŞ-ın 44-cü prezidenti Barak Obamanın şərəfinə adlandırmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bunu şəhərin meri Erik Qarçetti "Tvitter" sosial şəbəkəsində yazıb.
Qarçetti qeyd edir ki, Şura Rodeo yolunun Obama Bulvarı adlandırılması üçün səs verib: "Biz şadıq ki, bu Los-Anceles sakinlərinə onlar şəhərdə səyahət edərkən prezident Barak Obamanın irsi haqqında bir xatirə olacaq".
Qeyd edək ki, Rodeo yolu Los-Ancelesin cənub-qərb hissəsində yerləşir və onun uzunluğu 5,5 kilometr təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət