Slimfit
  1. İQTİSADİYYAT

Londonda Azərbaycanın yeni turzim brendinin təqdimatı olub

Londonda Azərbaycanın yeni turzim brendinin təqdimatı olub
Sakura

Londonda Azərbaycanın yeni turzim brendinin təqdimatı olub

 Böyük Britaniya Krallığının paytaxtı Londonda Azərbaycanın “Take another look” başlıqlı yeni milli turizm brendinin təqdimatı baş tutub.

Report”un London bürosunun verdiyi xəbərə görə, brend Azərbaycan Turizm Bürosu tərəfindən “Excel London” arenasında keçirilən “Dünya Səyahət Bazarı” (WTM) sərgisi çərçivəsində təqdim edilib. Təqdimatda dünyanın aparıcı turizm şirkətlərinin, müxtəlif media orqanlarının nümayəndələri iştirak ediblər. 

Turizm bürosunun icraçı direktoru Florian Senqstçmid (Florian Sengstschmid) turizm bazarında yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyətindən danışıb. O dünya mediası və yeni turizm şirkətləri ilə birgə işləməyin vacibliyinə toxunub. 

Daha sonra Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva Azərbaycanın yeni turizm brendi və loqosunu təqdim edib. O, Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edərək bildirib ki, ölkə bir çox imkanlara malikdir: “Mədəniyyətimiz, insanlarımız, tarixi gözəlliklərimiz insanları hər zaman özünə çəkir. Biz yeni brendi yaradarkən məqsədimiz Azərbaycanın daha bir gözəlliyini üzə çıxarmaqdır”. 

Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov isə media və turizm şirkətləri nümayəndələrinə Azərbaycanın Şəki, Şamaxı və sair turizm şəhərləri, ölkədə keçirilən beynəlxaq yarışmalar haqqında məlumat verib. “Biz həmçinin 2018-2019-cu illərdə Azərbaycan Turizm bürosunun Almanya, Rusya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Çin, Böyük Britaniya, Cənubi Koreya və Fransada nümayəndəliklərini açmağı qərarlaşdırmışıq”,- deyə B. Əsgərov bildirib.

Qeyd edək ki, “Dünya Səyahət Bazarı” 5-7 Noyabr tarixləri arasında “Excel London” arenasında keçirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR