Dərc edildi: Baxış sayı: 246
Londonda Azərbaycan vətəndaşlarının 62 faizi səsvermədə iştirak edib
Londonda aktiv seçici hüququna malik qeydiyYatdan keçmiş vətəndaşların 62 faizi indiyədək səsvermədə iştirak edib.
Ens.Az-ın məlumatına əsasən,bu barədə AZƏRTAC-a Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov məlumat verib. O bildirib ki, seçkilər çox nizam-intizamla keçir və fəallıq yüksək səviyyədədir.
“Hazırda Londonda günorta saatlarıdır və indiyədək qeydiyyatdan keçən vətəndaşlarımızın 62 faizi artıq səs verib. Səsvermə davam edir. Eyni zamanda, olduqca qürurverici, rəmzi amildir ki, səfirliyin yeni binasında keçirilən ilk tədbir prezident seçkiləridir. Ümid edirəm ki, bu, xalqımızın yeni uğurlarının başlanğıcı olacaq”, - deyə səfir vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət