Slimfit
  1. MƏDƏNİYYƏT

Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edilib

Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edilib
Sakura

Böyük Britaniyada yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin (Azerbaijani Cultural Centre (UK))…

Böyük Britaniyada yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin (Azerbaijani Cultural Centre (UK)) təsis iclası keçirilib.

Report”un Böyük Britaniya bürosu xəbər verir ki, Mərkəzin təsis iclası Azərbaycanın Böyük Britaniyadakı səfirliyində baş tutub.

Tədbirdə səfirliyin əməkdaşları, İngiltərədə yaşayan Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Mərkəzin gələcək fəaliyyəti haqqında təqdimat nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin vitse-prezidenti Sevil Aslanova Mərkəzin yaradılmasının əhəmiyyətinə toxunaraq diaspora verdiyi dəstək üçün Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürlərini bildirib. O qeyd edib ki, Mərkəz Böyük Britaniya üzrə ilk mədəniyyət mərkəzi sayılır: “Bu mərkəzi açmaqda məqsədimiz İngiltərədə yaşayan azərbaycanlılar üçün bir ev, bir mərkəz yaratmaqdır. Bu işdə bizə Diaspor Komitəsi dəstək olur. Mərkəz böyük işlərlə məşğul olmaq fikrindədir. Burada siyasət, incəsənət, idman və gənclər klubu olacaq. Uzun illərdir burada yaşayan azərbaycanlılar tariximizdən, mədəniyyətimizdən yavaş-yavaş uzaqlaşırlar. Mən inanıram ki, onlara daha yaxın olmaq, azərbaycanlıları bura cəlb etmək üçün bu mədəniyyət mərkəzi böyük işlər görəcək”, - deyə S.Aslanova qeyd edib.

Mərkəzin prezidenti Hicran Stogden bildirib ki, Mərkəz artıq Böyük Britaniyada qeydiyyatdan keçib. O, azərbaycanlıların bir araya gəlməsi və birlik yaratmağın əhəmiyyətinə toxunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR