Slimfit
  1. TEXNOLOGİYA

Londonda “ağıllı” skamyalar quraşdırılacaq

Londonda “ağıllı” skamyalar quraşdırılacaq
Sakura

“Ford” avtomobil konserni və “Strawberry Energy” startapı Londonda günəş batareyaları ilə işləyən “ağıllı”…

AZƏRTAC “Ferra” resursuna istinadən xəbər verir ki, skamyalar vasitəsilə piyadalar mobil qurğularını enerji ilə doldura və internetdən istifadə edə biləcəklər. Bundan başqa, skamyalar ətraf mühitin parametrlərinin monitorinqini apararaq onun vəziyyəti barədə informasiyanı göstərəcək.

Məlumata görə, layihənin ilkin mərhələsində Londonda bu ilin əvvəlində “Strawberry Energy” tərəfindən quraşdırılan 20 “ağıllı” oturacağa əlavə olaraq 20 “Ford Smart Bench” skamyasının quraşdırılması planlaşdırılır. Oturacaqda simsiz enerjidoldurma funksiyası və naqillər üçün çıxışlar nəzərdə tutulub. Enerjidoldurma və internetdən istifadə pulsuz təqdim edilən “Wi-Fi” vasitəsilə həyata keçirilir.

Qurğuların enerji ilə doldurulması və internetə çıxış imkanı ilə yanaşı, yüksək texnologiyalı küçə mebeli səs, rütubət və hava temperaturu səviyyəsini və havada karbon qazının faiz dərəcəsini ölçə bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR