Slimfit
  1. DÜNYA

London rusiyalı diplomatlara viza vermir

London rusiyalı diplomatlara viza vermir
Sakura

Britaniya rusiyalı diplomatlara viza verməkdən imtina edir

Britaniya rusiyalı diplomatlara viza verməkdən imtina edir.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko deyib. 

“Hələlik Britaniya hökuməti tərəfindən qeyri-konstruktiv mövqe görürük. Bu mövqe üzündən səfirliyimizin fəaliyyəti çətinləşib”, - deyə o vurğulayıb.

Diplomat bildirib ki, hazırda səfirlikdə 10-dək əməkdaş qalıb. O hesab edir ki, bu cür durumun yaranması Britaniya hökumətinin məqsədyönlü siyasətinin nəticəsidir. 

Qeyd edək ki, mart ayında Britaniya hökumətinin tələbi ilə rusiyalı diplomatların bir hissəsi ölkədən çıxarılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR