Slimfit
  1. DÜNYA

London Moskvanı oğurluğa cəhddə ittiham edib

London Moskvanı oğurluğa cəhddə ittiham edib
Sakura

London Moskvanı oğurluğa cəhddə ittiham edib

Rusiyaya bağlı hakerlər Böyük Britaniya, ABŞ və Kanadada COVID-19 əleyhinə peyvəndin işlənib hazırlanması barədə məlumatları oğurlamağa cəhd göstərib.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Kibertəhlükəsizlik Mərkəzi məlumat yayıb.

“Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi və Kanadanın Rabitə Təhlükəsizliyi Təşkilatı APT29-u (həmçinin “Dukes” və “Cozy Bear” də kimi tanınır – red.), böyük ehtimalla, Rusiya kəşfiyyatının bir hissəsi olan kibercasusluq qrupu olaraq qəbul edir. ABŞ Milli Təhlükəsizlik Agentliyi də bu dəyərləndirmə ilə razılaşır. 2020-ci il ərzində APT29 Kanada, ABŞ və Britaniyada COVID-19 əleyhinə peyvəndin hazırlanması ilə məşğul olan müxtəlif təşkilatlara kiberhücumlar edib”, - Mərkəzin açıqlamasında bildirilir.

Qeyd olunub ki, haker qrupu təşkilatlara hücum etmək üçün “WellMess” və “WellMail” adlı zərərli proqramlardan istifadə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR