Lombard fəaliyyəti ilə məşğul olanlar gəlir vergisi ödəyicisidirlər
Lombard açmaq üçün lisenziyanın məbləği nə qədərdir və hansı vergi növü tətbiq edilir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, lombard fəaliyyəti müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilməyib. Lombard fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı, bu fəaliyyət üzrə təsərrüfat subyektini (obyekti) vergi uçotuna qoymalıdır. Bundan başqa, lombardların sadələşdirilmiş vergi sistemini tətbiq etmək hüququ olmadığından gəlir vergisinin ödəyicisi hesab edilirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət