Slimfit
  1. DÜNYA

Liviyadakı müvəqqəti hökumət istefa verdi

Liviyadakı müvəqqəti hökumət istefa verdi
Sakura

Liviyadakı müvəqqəti hökumət istefa verdi

Regionda həyat şəraitini pisləşməsi və elektrik enerjisinin verilməsində problemlərlə bağlı etiraz aksiyaları keçirilir

 Liviyanın şərqində bərqərar olan müvəqqəti hökumət Nümayəndələr Palatasına istefası barədə ərizə verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, parlamentin bəyanatında spiker Agila Salehin Liviyanın müvəqqəti hökumətinin başçısı Abdulla ət-Tani və digər yüksəkvəzifəli funksionerlərlə təcili görüş keçirdiyi deyilir. İştirakçılar küçələrdə etiraz edən vətəndaşların həyat şəraitinin yüksəldilməsi barədə tələblərinin qarşılanması imkanlarını müzakirə ediblər. 

Son bir neçə gündə regionda həyat şəraitini pisləşməsi və elektrik enerjisinin verilməsində problemlərlə bağlı etiraz aksiyaları keçirilir.

Liviyanın qərbindəki əyalətləri və Tripolini nəzarətdə saxlayan Fayez Sərracın Milli Razılıq Hökuməti ilə şərqdə qurulan parlamentlə əməkdaşlıq edən marşal Xəlifə Həftarın Milli Ordusu arasında qarşıdurma davam edir. Sərracı Türkiyə ilə Qətər, Həftarı isə Misirlə BƏƏ dəstəkləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR