Dərc edildi: Baxış sayı: 618
“Liverpul”un iki futbolçusu “Barselona” ilə tarixi matçdan doqquz ay sonra ata oldu
“Liverpul”un iki futbolçusu – Məhəmməd Salah və Cordan Henderson eyni gündə ata olublar. Hadisənin daha bir əlamətdar tərəfi onların övladlarının Çempionlar Liqasının 2018/19 mövsümünün “Barselona”ya qarşı yarımfinal matçından doqquz ay sonra dünyaya gəlmələridir.
Birinci görüşdə 0:3-lük məğlubiyyətdən sonra cavab matçında 4:0 hesabı ilə qalib gələn “Liverpul” tarix yazmışdı. Həmin oyun 2019-cu ilin 7 mayında baş tutmuşdu. Futbolçuların övladları isə fevralın 8-də dünyaya göz açıblar. “Give Me Sport”un məlumatına görə, Salahın ikinci qızı, Hendersonun oğlu dünyaya gəlib.
Qeyd edək ki, “Liverpul” həmin mövsüm Çempionlar Liqasının qalibi olmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət