Dərc edildi: Baxış sayı: 605
'Liverpul' və 'Yuventus'un sabiq futbolçusu karyerasını başa vurub
Mali milli komandasının sabiq futbolçusu Məhəmməd Sissoko karyerasını başa vurub.
"Report"un məlumatına görə, bu barədə 34 yaşlı futbolçunun özü "RMC Sport"a açıqlamasında deyib.
Sissoko karyerasını başa vurmaq haqda qərarı verməyin onun üçün asan olmadığını bildirib: "Mənim üçün son gəldi. Artıq karyeramı başa vururam. Bu, çox çətin seçimdir. Qərarı vermək asan deyildi. Çünki mən hər zaman futbolla məşğul olmuşam və bu, mənim həyatımdır".
Qeyd edək ki, karyerasına Fransa "Oser"ində başlayan Sissoko karyerası ərzində "Valensiya" (İspaniya), "Liverpul" (İngiltərə), "Yuventus" (İtaliya) və PSJ (Fransa) kimi klublarda da oynayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət