Dərc edildi: Baxış sayı: 440
"Liverpul" öz meydanında "Bernli" ilə bacarmadı
İngiltərə Premyer Liqasının 35-ci turunun matçında "Liverpul" "Bernli"ni qəbul edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, görüş Liverpulun "Enfild" stadionunda baş tutub və 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmada hesabı meydan sahibləri açıb. "Liverpul"un müdafiəçisi Endrü Robertson fərqlənib. Lakin "Bernli"nin hücumçusu Cey Rodriqes ikinci hissənin ortalarında hesabı bərabərləşdirib. Qarşılaşma bu hesabla da başa çatıb.
Qeyd edək ki, İngiltərə çempionatının yarış cədvəlinə "Liverpul" başçılıq edir. Komandanın aktivində 93 xal var. "Bernli" 50 xalla doqquzuncu yerdə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət