Dərc edildi: Baxış sayı: 269
Livanda yaralanan İran səfiri ölkəsinə aparılıb
Livanda rabitə cihazlarında baş verən partlayışlar nəticəsində yaralanan İranın bu ölkədəki səfiri Moctəba Əmani vətəninə aparılıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə SNN telekanalı məlumat yayıb.
Qeyd edilib ki, səfir müalicə prosesini başa çatdırmaq üçün vətəninə aparılıb.
Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verib. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub.
Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə baş verən partlayışlar nəticəsində 30 nəfər ölüb, 450-dən çox insan yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət