Dərc edildi: Baxış sayı: 253
Litvanın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Bildirilib ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar olaraq son vaxtlar Litva rəsmilərinin verdiyi bəyanatlar, eləcə də ölkənin xarici işlər nazirinin Gürcüstanda etiraz aksiyasında iştirakı Gürcüstanın daxili işlərinə kobud müdaxilədir.
Qeyd edək ki, mayın 15-də Litvanın xarici işlər naziri Gürcüstanda müxalifətin "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu ilə bağlı etiraz aksiyasında iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət