Slimfit
  1. DÜNYA

Litvada yeni tədris ili başlayandan sonra koronavirusa yoluxma halları müşahidə edilir

Litvada yeni tədris ili başlayandan sonra koronavirusa yoluxma halları müşahidə edilir
Sakura

Litvada yeni tədris ili başlayandan sonra koronavirusa yoluxma halları müşahidə edilir

Litvada yeni tədris ili başladıqdan sonra məktəblərdə və uşaq bağçalarında koronavirusa yoluxma halları müşahidə edilir.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin bütün bölgələrində hər 100 min nəfər əhalinin payına düşən yoluxma nisbəti 16 haldan çox təşkil edir.

Litva Səhiyyə Nazirliyinin rəhbəri Aureliyus Veriqa və Milli İctimai Səhiyyə Mərkəzinin nümayəndəsi Rolanda Linqene mövcud vəziyyət barədə ətraflı açıqlama veriblər.

Nazir Litvada təhsil müəssisələrinin koronavirusa yoluxma hallarının qeydə alındığı halda hansı tədbirləri görməli olduqları barədə ona tez-tez suallar verildiyini söyləyib. O, heç də bütün hallarda təcrid edilməyə ehtiyac olmadığını qeyd edib.

"Hər vəziyyətlə bağlı məsələ ayrı-ayrılıqda həll olunur, koronavirusa yoluxmuş şəxslə təmasdaolma sayı əsas götürülür. Lakin bu, dərslərin məsafəli tədris üsulu ilə keçilməsi anlamına gəlməməlidir", − deyə A. Veriqa söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR