Dərc edildi: Baxış sayı: 240
Litva XİN rəhbəri: Ukraynaya silah tədarükünü azaltmaqla tarixi səhvə yol verdik
Ukraynaya silah tədarükünü azaltmaqla tarixi səhvə yol verdik.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis “X”də yazıb.
“Silah tədarükünü azaltdıq, kifayət qədər hava hücumundan müdafiəni təmin edə bilmədik. Və indi ukraynalılardan qanadlı raketlərin hücumlarına qarşı əlləri üstə oturmalarını xahiş edirik. Bu cür səhvlər bütün əsrin gedişatını təyin edir. Belə səhvlər nə ilə isə əsaslandırıla bilməz”.
Qeyd edək ki, o, daha əvvəl bildirmişdi ki, Ukraynadakı müharibənin taleyi Qərbdən asılıdır.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri bu gün Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət