Litva əhalisinin 70 faizi ölkədə iqtisadi vəziyyətin pisləşdiyini deyir
Bazar və ictimai rəyin araşdırması üzrə “Baltijos tyrimai” şirkətinin “ELTA” informasiya agentliyinin sifarişi ilə apardığı sorğunun nəticəsinə əsasən, Litva əhalisinin 70 faizi ölkədə iqtisadi vəziyyətin son bir neçə ay ərzində pisləşdiyini hesab edir.
Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyun ayında sorğuda iştirak edən sakinlərin 8 faizi Litvada iqtisadi vəziyyətin son 2 ayda yaxşılaşdığını bildirdiyi halda, respondentlərin 18 faizi vəziyyətin dəyişmədiyini bildirib. Sorğuda iştirak edənlərin 4 faizi bu məsələ ilə bağlı fikirlərinin olmadığını söyləyib.
Dörd ay əvvəl (fevral ayında) aparılan sorğunun nəticələri ilə müqayisədə ölkədə iqtisadi vəziyyətin pisləşdiyini hesab edənlərin sayı 47 faiz və bir il əvvəl (2019-cu ilin mayında) aparılan sorğu nəticəsində alınmış cavablarla müqayisədə isə ölkədə iqtisadi vəziyyətin pisləşdiyini hesab edənlərin sayı 45 faiz artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət