Dərc edildi: Baxış sayı: 1396
Litri 10 milyon dollara satılan əqrəb zəhəri - Türkiyə dünya bazarına qoşulur
Türkiyənin Eskişehir şəhərində qurulan bioloji tədqiqat və ticarət şirkəti xaricə litri 10 milyon dollar olan əqrəb zəhəri ixrac edəcək.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, ALBILA Zərdab və Bioloji Məhsullar Sənaye və Ticarət şirkəti dünyanın ən dəyərli mayelərindən biri olan əqrəb zəhərini kommersiya halına gətirərək litrini 10 milyon dollardan satmağı planlaşdırır. Şirkətin ilk hədəfi ilan, əqrəb və quduz əleyhinə vaksin istehsal etmək olacaq.
2019 il bitmədən ilk məhsulunu bazara çıxarmağı hədəfləyən şirkət Türkiyədə bu sektor üzrə lider, dünyada isə söz sahibi olmağı ümid edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət