Slimfit
  1. AZƏRBAYCAN

Liseylərin V və VII siniflərinə qəbul başlayır

Liseylərin V və VII siniflərinə qəbul başlayır
Sakura

Liseylərin V və VII siniflərinə qəbul başlayır

İyunun 10-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlayır.
Bakı Şəhər Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu müvafiq Təlimata uyğun aparılacaq və iyunun 19-da başa çatacaq. 

Liseylərin V sinfinə cari tədris ilində ümumi təhsil məktəblərinin IV sinfini əla və yaxşı qiymətlərlə bitirən, xüsusi istedadı ilə fərqlənən şagirdlər qəbul edilir. 
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə təşkil ediləcək Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər. 

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli “Zəkalar” Liseyi) sənəd qəbulu isə 10 iyun 2019-cu il tarixdən etibarən müvafiq məktəb-lisey və liseylərdə aparılacaq. Qeydiyyat üçün valideynlər birbaşa övladlarının təhsil almaq istədiyi müəssisəyə müraciət edə bilərlər. BŞTİ-nin tabeliyindəki məktəb-lisey və liseyin VII sinfinə sənəd qəbulu da iyunun 19-da başa çatacaq. 

Liseylərə və məktəb-liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. V siniflər üçün müsabiqənin iyunun 22-də, VII siniflər üçün müsabiqənin isə iyunun 23-də təşkil edilməsi nəzərdə tutulub. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər. 

Qeyd edək ki, elektron sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR