Slimfit
  1. DÜNYA

Lionel Messi cari mövsümdə La Liqanın ən yaxşı futbolçusu seçilib

Lionel Messi cari mövsümdə La Liqanın ən yaxşı futbolçusu seçilib
Sakura

Lionel Messi cari mövsümdə La Liqanın ən yaxşı futbolçusu seçilib

“Barselona” klubunun hücumçusu Lionel Messi cari mövsümdə İspaniya çempionatının ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, “Barselona”nın kapitanı Lionel Messi hamını qabaqlayıb. Çempionatı 36 qolla başa vuran argentinalı hücumçu sərrast oyunçu üçün nəzərdə tutulan "Piçiçi" mükafatına 6-cı dəfə layiq görülüb. Leonel Messi ən çox qol vuran futbolçuların siyahısında ən yaxın izləyiciləri Luis Suares və Kərim Benzemadan 15 qol çox vurub.

Qeyd edək ki, Messi cari mövsümdə 6-cı dəfə Avropanın ən çox qol vuran futbolçusu kimi “Qızıl buts” mükafatını qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR