Dərc edildi: Baxış sayı: 801
Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli sammitinin yeri dəyişdirilib
Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli sammitinin yeri dəyişdirilib.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bildirib.
Onun sözlərinə görə, İranın Təbriz şəhərində sentyabrın 7-də keçirilməsi planlaşdırılan sammitin paytaxt Tehranda təşkili edilməsinə qərar verilib.
Qeyd edək ki, üç ölkə liderinin Suriya mövzusunda əvvəlki sammitləri Soçi və Ankarada təşkil edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət