Slimfit
  1. PSİXOLOGİYA

Lider olmaqla bağlı 4 yanlış fikir

Lider olmaqla bağlı 4 yanlış fikir
Sakura

Müasir liderlik daha çox şəxsi və komanda maraqlarının tarazlığına əsaslanır,

Lider olmağın əla bir şey olduğu hamılıqla qəbul olunmuş hadır. O, güc, pul və  cəmiyyətdə  nüfuz deməkdir. Lakin liderliyi əmr etmək və pul qazanmaq üçün bir fürsət olaraq başa düşmək düzgündürmü? Həqiqətən də lider kimdir? Lider olmaq necə olur və bu lazımdırmı?.

Liderlik - bir çox mifə səbəb olan mövzudur. Məsələn, lider olmaq uğurlu olmaq deməkdir. Uşaqlıqdan liderliyə səy göstərməli olduğumuzu düşünməyə alışırıq və yetkinlikdə, buna ehtiyacımız olub-olmadığını sona qədər anlamadan məqsədə nail olmağa çalışırıq.

Bu niyə baş verir? Çünki valideynlər zəif oxuyan uşaqları "qorxudur": " Böyüyəndə qapıçı olacaqsan " , kinorejissorlar və sosial şəbəkələr, lideri uğurlu və varlı iş adamı obrazında canlandırır.

Öz uğur hekayəsini yarada bilməyənlər -" qapıçılar" isə özlərini uğursuz hesab edirlər. Ancaq gəlin liderlik haqqında miflərin mərkəzində nələrin olduğunu və özünü lider kimi reallaşdıra bilməyən insanların həqiqətən mi uğursuz olduğunu aydınlaşdıraq.

Bir çox təlim müəllifi israr edir ki, hər kəsin içində bir lider yetişdirmək olar. Reallıqda isə kimdəsə birinci olmaq asan alınır, kimi isə çox səy göstərsə də, heç cür müvəffəqiyyət qazana bilmir.

Səbəbi, bəzilərinin bu rolda çox üzvi və xarizmatik olmasıdır - bu onlara verilib. Bu insanlar yalnız başqalarına əmr vermək üçün deyil, həm də liderin özünün nail olmaq istədiyi məqsədə çatmaq üçün davamçılarını ətrafına toplamaq, ruhlandırmaq və həvəsləndirmək üçün lider olurlar.

Bu, sadəcə olaraq digərlərinə verilməmişdir və bu mövzuda yalnış stereotiplərə aldanaraq liderliyə can atırlar. Budur insanları çaşdıran 4 səhv fikir.

1. Liderlik - gücdür

Erkən uşaqlıqda valideynlərimiz bizə nə etməyimizi, necə oxumağı, kimlərlə dostluq etməyimizi deyirlər. Buna görə, bir çox uşaq tez böyümək arzusunda olur ki , böyüklər ona əmr verə bilməsinlər, o özü başqalarına əmr versin. Beləliklə, liderin insanlara əmr verən, güc sahibi biri olduğuna əmin olaraq rəhbər olmağa çalışırlar.

Abraham Zaleznik, liderin əmr verən deyil, komandası ilə emosional əlaqə qura bilən, tabeçiliyində olanların hisslərini, motiv və istəklərini emosional tərzdə dərk edə bilən insan olduğunu iddia edir. Lider başqalarının hiss və istəklərini motivasiyaya necə çevirəcəyini bilən birisidir.

Müasir iqtisadiyyatda sadə əmretməyə deyil, sözün əsl mənasında liderliyə əsaslanan  model daha təsirli olur. "Lider" in əmr edə biləcəyi şirkətlərin fəaliyyətləri sərt tənzimlənməyə söykənir. Orada insanları motivasiya etməyə, cəlb etməyə, ilhamlandırmağa ehtiyac yoxdur. Göstərişlərə əməl etmək kifayətdir və bunun üçün lider deyil, menecer gərəklidir.

Liderlik, böyük məsuliyyət deməkdir. Tamamilə fərqli şəxsiyyətlərdən ibarət bir komanda təsəvvür edin - bəli, onları ümumi məqsəd birləşdirir, bunun sayəsində müəyyən tapşırıqları yerinə yetirirlər, amma heç kim şəxsi hisslərini və duyğularını unutmuş deyil, hər kəsin şəxsi, öz ailə problemləri, yerinə yetirilməmiş ambisiyaları var. Və insanlar bu çətinliklərini bütün rəhbərliyə, öz liderlərinə daşıyırlar.

Digər tərəfdən lider də, bəzən öz tabeliyində olanlara dəstək olmaq üçün arxa plana atdığı hiss və duyğulara sahibdir . Bununla belə, müasir liderlik daha çox şəxsi və komanda maraqlarının tarazlığına əsaslanır, hərçənd ki, böhran vəziyyətində buna nail olmaq çətindir.

2. Lider rahatlıq içində olur

Əslində, yüksək nəticələr həmişə böyük məsuliyyət ilə əlaqəlidir. Əgər lider tərəfdaşlarla münasibətləri davam etdirmirsə, sosial öhdəlikləri üzərinə götürmürsə və s, bu zaman işin davamlı vəziyyəti təhdid altında ola bilər.

Əsl lider heç vaxt rahatlamır. Bunu menecer özünə deyə bilər ki, hər şeyə nail oldu, imici və nüfuzu üzərində çalışıb - indi bunun hamısı onun üçün işləyəcək. Menecer öyrənməyi, inkişafını dayandırır, keçmiş xidmətlərinin gələcəkdə uğurlu mövqeləri qorumaq üçün kifayət edəcəyinə inanır.

Lider heç vaxt öyrənməyi dayandırmır. O, daim özünü inkişaf etdirir və yalnız peşəkar baxımdan deyil, həm də şəxsi baxımdan öz üzərində işləyir . O bilir ki, gələcək üçün indiki zamanda investisiya qoymaq vacibdir və bunu 09.00-dan - 18.00-a qədər işləməklə etmək mümkün deyil. Buna görə də lider həmişə 24/7 işləyir.

3. Lider varlıdır

Insanlara niyə rəhbər olmaq isədikləri sualını verdikdə, əksəriyyəti maddi rifahını təmin etməyə çalışdıqları üçün bunu istədiklərini deyir. Onlar , çox pulun həyatdan tam ləzzət almağa zəmanət verdiyinə inanırlar.

Ancaq nə qədər çox qazansan, gerçəklikdə arzular daha da çoxalır, doyma hissi də o qədər tez gəlir. Rifah müəyyən bir həddə çatdıqdan sonra bütün çətinlikləri itirmək üçün böyük bir təhlükə yaranır . Unutmayın ki, çox pulu olan insanların üzləşdiyi boşluq kasıb insanın yaşadıği ümidsizlik qədər dəhşətlidir .

Qayğısız bir həyatın mənbəyi kimi liderliyə can atırsınızsa, məyusluğa və kəşflərə hazır olun - bütün dünyanın puluna sahib olsanız belə dəyişə və ya düzəldə bilməyəcəyiniz şeylər var.

4. Lider deyilsənsə, uğursuzsan

Hamılıqla qəbul olunur ki, yeganə dəyərli məqsəd rəhbər, lider olmaqdır. Ancaq indi,başqa səlahiyyətlərə ehtiyacın yarandığı informasiya əsrində, özünü müvəffəqiyyətli hesab etmək üçün daha yüksək səy göstərməyinə ehtiyac yoxdur.

Əgər həyatınızı kiməsə nəyi isə sübut etməyə çalışmaqla hədər verməyə hazır olmadığınızı düşünürsünüzsə, digər insanların emosiya və motivasiyalarını anlamaq istəmirsinizsə, ictimai yerlərdə olmağa, daim imicinizi qorumağa maraqlı deyilsinizsə, ailənizlə, liderlik keyfiyyətlərinin tələb olunmadığı hobbilərinizlə məşğul olmağı sevirsinizsə, o zaman özünüzü dinləyin. Liderlik sizə xoşbəxtlik gətirməyəcəkdir.

Həyatda onsuz da sarsıntılar çoxdur, gələcək o qədər qeyri-müəyyəndir ki, digər insanların xəyallarına vaxt və enerji sərf etməyə, ehtiyacınız olmayan bir məqsəd uğrunda hər şeyi qurban verməyə dəyərmi? Əgər bu sizin üçün ciddi bir qurbandırsa, açıq şəkildə buna dəyməz. Vacib olan şey - xoşbəxt olmaq üçün sizə nəyin lazım olduğunu başa düşməkdir.

Əlbəttə ki, liderlik hələ də çoxlarını cəlb edir, ancaq bununla əlaqəli yanlış təsəvvürləri pozmaqla bunun sizə nə verə biləcəyini və bu yolda qurban verməli olduqlarınızı başa düşəcəksiniz. Bu cür biliklər uğurun açarlarından biridir.

Unutmayın, lider yalnız idarə etmək istəyinə malik olan deyil, öz davamçılarının dəyərləri, motivasiya və istəkləri əsasında onlarla münasibət qurmağı bacaran birisidir. Onun arxasınca gedənlər, başqalarının da olduğunu bilir, amma şüurlu şəkildə onu seçirlər.

Mənbə: .psychologies.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR