Dərc edildi: Baxış sayı: 460
Leyla Əliyeva: “II Avropa Oyunlarının açılış mərasimi möcüzəvi şəkildə keçdi'
“II Avropa Oyunlarının açılış mərasimi möcüzəvi şəkildə keçdi. Tədbir, təxminən, 3 saat sürdü. Ancaq elə bir hiss var ki, sanki bir nəfəsə oldu”.
“Report”un Minskə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O bildirib ki, II Avropa Oyunlarının açılış mərasimi Belarus tərəfindən çox gözəl və sevgi ilə təşkil olunub: “Proqramda Belarusun tarixi əks olunmuşdu. Fikrimcə, açılışa baxanlar bu ölkəyə daha da vuruldular”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət