Slimfit
  1. AZƏRBAYCAN

Leyla Abdullayeva: Azərbaycanın kifayət qədər güclü, peşəkar ordusu var və heç bir kənar qüvvəyə ehtiyacı yoxdur

Leyla Abdullayeva: Azərbaycanın kifayət qədər güclü, peşəkar ordusu var və heç bir kənar qüvvəyə ehtiyacı yoxdur
Sakura

Leyla Abdullayeva: Azərbaycanın kifayət qədər güclü, peşəkar ordusu var və heç bir kənar qüvvəyə ehtiyacı yoxdur

XİN mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi xəbər agentlikləri tərəfindən guya ki, Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə xəbərlərə aydınlıq gətirib.

Ens.az xəbər verir ki,bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

L.Abdullayeva bildirib: "Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR