Leyen Avropa Komissiyasının rəhbəri olaraq qalmaq istəyir
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen sözügedən posta ikinci müddət üçün namizədliyini irəli sürəcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Leyen Berlində “Xristian-Demokrat İttifaqı” partiyasının iclasında açıqlayıb.
“Bu gün tamamilə düşünülmüş qərar qəbul edirəm. İkinci müddətə namizədliyimi irəli sürmək istəyirəm”, - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.
Qeyd edək ki, Leyen 2019-cu ilin iyununda Avropa İttifaqının sammitinin qərarına əsasən, Avropa Komissiyasının rəhbəri təyin edilib. O, 2019-cu il dekabrın 1-dən bu vəzifəni icra edir. Avropa Komissiyasının rəhbərinin növbəti səlahiyyət müddəti 2024-cü ilin dekabrından 2029-cu ilin noyabrına qədər uzadılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət