Slimfit
  1. CƏMİYYƏT

Lerikdə bir ailə evsiz və köməksiz qalıb: "Yardım edin cənab Prezident!"

Lerikdə bir ailə evsiz və köməksiz qalıb: "Yardım edin cənab Prezident!"
Sakura

Lerikdə bir ailə evsiz və köməksiz qalıb: "Yardım edin cənab Prezident!"

Lerik rayonunun Tikəband kəndində 9 nəfərlik bir ailə evsiz-eşiksiz, allahın ümidinə qalıb.

Ailə başçısı, kənd sakini Cahangirov Rövşən Guloğlan oğlunun "Demokratik.Az" saytına verdiyi məlumata görə, yaşadıqları ev artıq yayarsız hala düşüb. Evin divarları və tavan tanmamilə qəzalı vəziyyətə gəlib.

Sonuncu dəfə ötən həftə evdə olan ailə otaqlardan birinin divarının qəfil uçmasından sonra, azyaşlı uşaqlarının taleyindən qorxaraq evə girə bilmirlər.

Ailə başçısı bildirir ki, bu barədə aidiyyatı qurumlara, Fövqaladə Hallar Nazirliyinə, xüsusilə Lerik İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova müraciətlər edib kömək istəsələr də hallarına acıyan yoxdur. İllərdir göndərilən qalaq-qalaq məktublarına "Evdən çıxın!" cavabını alan ailə üzvləri bildirirlər ki, gedəcək yerləri yoxdur.

Mövcud durum barədə əvvəlki illərdə aktlar da tərtib edilib. Şikayətçiyə bildiriblər ki, nə zamansa zavallılara Nazirlər Kabinetinin qərarından sonra ev tikiləcək. Lakin, nə zaman, ailə daha neçə il gözləməlidir ki, onlara ev tikiləcək? Bu müddətdə onlar harada və necə yaşamalıdır? - suallarının cavabı deyilmir.

Ailə demək olar ki, bir qarın ac, yarı qarına tox çöldə-bayırda, uçmaqda olan komalarının yanında qurduqları soyuq çadırda qalmalı olublar.

Prezidentdən və Mehriban xanım Əliyevadan yardım istəyən vətəndaşı köməklik edəcəyi adı ilə Lerikin deputatı İqbal Məmmədov da aldadıb. Seçici bildirir ki, deputata uzun müddətdir zəng belə çatmır.

Rövşən Cahangirov deyir ki, evin bu hala düşməsinə təbii fəlakət - zəlzələ və sel-daşqınlar səbəb olub. Bundan əlavə, evin müasir tələblərə cavab verməyən tikinti materialları ilə inşa edilməsi bu halda uçma riskini zəruri edir. Amma, artıq bunlar geridə qalıb, hökumətdən kömək uman çoxuşaqlı ailəyə əməli dəstək göstərilməlidir. 

"Demokratik.Az" olaraq inanırıq ki, dövlətimiz evsiz qalan ailəyə gec-tez sahib çıxacaq.

Lerik rayon icra hakimiyyətini və rayonun deputatını məsələnin həllinə səy göstərməyə, heç olmazsa çadırda qalmağa məhkum ailəni müvəqqəti bir evə köçürməyə səsləyirik...

Osman Nərimanoğlu

"Demokratik.Az"

 

Mənbə: demokratik.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR