Lerikdə 28 km uzunluğa malik yolun yenidən qurulması bitmək üzrədir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az
-a verilən məlumata görə, Piran-Hamarat-Vjaker avtomobil yolunda layihə boyu 62 ədəd yol nişanı və məlumatverici lövhə, 52 ədəd km göstəricisi, 360 ədəd siqnal dirəyi quraşdırılacaq.
20 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq yaxın aylarda vətəndaşların istifadəsinə veriləcək.
Yerli əhəmiyyətli Piran-Hamarat-Vjaker avtomobil yolu respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolundan ayrılır və 9 min nəfər əhalinin yaşadığı 28 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət